ABŞ-ın ermənipərəst konqresmeni Bakıda “RƏDD OL!” ŞÜARLARI İLƏ QARŞILANDI
FOTO

COP29-da iştirak üçün Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qaldığı otelin qarşısında bir qrup Azərbaycan QHT-ləri etiraz aksiyası keçirib.

 

"Report" xəbər verir ki, Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb, ondan Azərbaycan xalqını təhqir etməsinə görə üzr istəməsi tələb olunub.

 

Şəhid və itkin düşənlərin ailələrini təmsil edən QHT təmsilçiləri bildiriblər ki, belə bir arzuolunmaz şəxsə Azərbaycanda yer olmamalıdır.

 

QHT nümayəndələri Pelonidən Azərbaycana qarşı iftiraları üçün erməni lobbi təşkilatlarından hər ay nə qədər maliyyə aldığını soruşublar. ABŞ konqresmeni suallara cavab vermədən ərazidən uzaqlaşmağı üstün tutub.

 

Qeyd edək ki, Frank Peloni COP29-da iştirak etmək üçün BMT-nin dəvəti ilə Bakıdadır. O, ABŞ-da erməni lobbisinin ən fəal nümayəndəsi kimi tanınır.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.