İsrail Prezidenti COP29-la bağlı Bakıya səfərini ləğv etdi
SƏBƏB?

İsrail Prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı İsrailin Prezident Aparatı məlumat yayıb.

 

Məlumatda İsrail lideri İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərinin ləğv edildiyi açıqlanıb.

 

Sözügedən səfərin ləğv edilməsinin səbəbi kimi vəziyyətin qiymətləndirilməsindən sonra ortaya çıxan “təhlükəsizlik narahatlıqları” göstərilib.


Bununla belə, məlumatda vurğulanıb ki, noyabrın 11-də başlayan konfransda İsrailin ətraf mühitin mühafizəsi, energetika və nəqliyyat nazirliklərini təmsil edən üç naziri və onlarla məmuru iştirak edəcək.

 

Həmçinin xatırladılıb ki, İsrailin COP29-da öz pavilyonu var.

 

Qeyd edək ki, bundan öncə İsrail Prezidentinin Bakıya 3 nazir və 100-dən çox nümayəndə ilə 19 noyabrda gələcəyi təsdiqlənmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.