“Məndən “Qələbə marşı” gözləməyin. Mən bilmirəmmi zəfər olub, bilirəm. Amma mənə deyəndə ki, sən əsər yaz, belə olsun, elə olsun. Onu yaza bilmərəm”.
Bunu Modern.az-a müsahibəsində bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
"Ona görə yox ki, içimdən gəlmir, ona görə ki, “Əsgər marşı”na köklənmişəm. Mən “Əsgər marşı”nı şərtsiz yazdım. İndi deyirlər ki, başqa marş yaz. Mənə təzyiq göstərməyin, üstümə gəlməyin. Yazsam, bir gün yazacam. O biri sənətkarlar da elədir, bu sənət elədir, ümumiyyətlə. Yaradıcılıq işi məcbur olmur. Sənətkarın başında kimsə duranda o marş yaza bilməz", - bəstəkar qeyd edib.