Gürcüstan DİN müxalifət partiyalarına xəbərdarlıq etdi - TBİLİSİDƏ NÖVBƏTİ AKSİYA
VİDEO/FOTO

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət tərəfdarlarının noyabrın 24-də planlaşdırdıqları etiraz aksiyası ilə bağlı partiya liderlərinə və əhaliyə müraciət-xəbərdarlıq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, strateji və ya xüsusilə vacib obyektlərin bloklanması qanunla qadağan edilir. Planlaşdırılan mitinqin iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş yığıncaq çərçivəsindən kənara çıxmamalı və qeyri-qanuni hərəkətlərdən çəkinməlidirlər. Əks halda, polis bütün lazımi qanuni tədbirləri görəcək.

 

Qeyd edək ki, parlament seçkilərinin nəticələrini tanımayan müxalifət bu gün saat 21:00-da Tbilisidəki Respublika meydanında toplaşacaq, oradan parlamentin binasına doğru yürüş edəcək. Aksiya iştirakçıları burada gecələyərək noyabrın 25-də səhər 11-ci çağırış parlamentin ilk iclasının keçirilməsinə mane olmağa çalışacaqlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.