İsrailin Baş Qərargah rəisi istefa verəcək

İsrailin Baş Qərargah rəisi Herzi Halevi "HƏMAS-ın 7 oktyabr hücumu ilə bağlı təhqiqat başa çatdıqda" istefa verəcəyini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirilir ki, bu barədə o, qoşunlara göndərilən xüsusi məktubda yazıb. Hərbçi vurğulayıb ki, "təhqiqat yekunlaşanda "şəxsi qərar" verəcək və məsuliyyət ondan aşağı rütbəli komandirlərə ötürüləcək".

 

Bildirilir ki, Halevinin bu addımı, əslində, orduda ali rütbəli təyinatlarla bağlı qərarının müdafiəsi ilə əlaqədardır. Çünki bəzi hərbçilərin fikrincə, o, "7 oktyabr hücumunun qarşısının alınmasında uğursuzluğa yol verdiyi üçün" belə qərarları doğru deyil.

 

"Zabitlərin vəzifələrə təyinatı imtiyaz yox, operativ vəzifədir. Ordunun idarəsini ləngitmək olmaz", - Halevi söyləyib.

 

Ötən günlərdə müdafiə naziri İsrael Kats məhz sözügedən uğursuzluqda mümkün iştirakına görə iki zabitin təyinatını təsdiqləməmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.