Suriya Prezidenti Bəşər Əsəd “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı mübarizə üçün İsraildən yardım istəyib.
Bu barədə Səudiyyə Ərəbistanın “Elaf” nəşri məlumat yayıb.
Bildirilib ki, Bəşər Əsəd bununla bağlı Avropadakı “ən güclü yardımçılarından birinin” vasitəsilə İsrailə mesaj göndərib.
İsrailin hansı cavabı verdiyi bəlli deyil.
Qeyd edək ki, bir neçə gün öncə “Heyət Təhrir əş-Şam” Suriyada hücuma keçib və Hələb və İdlib şəhərlərini, o cümlədən onlarla kənd, qəsəbə və bir neçə hərbi bazanı ələ keçirib.