Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Məlumata görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O, bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.
Birol Akgün bu vəzifədə Cahit Bağçını əvəz edəcək. Bağçı 2021-ci ilin mayından Türkiyənin Bakıdakı səfiri postunu tutub.
Yeri gəlmişkən, Türkiyənin Almaniya, Hindistan, İtaliya, Sinqapur və bir neçə digər ölkələrə də yeni səfirləri təyin edilib.