ABŞ Prezidenti Cozef Bayden administrasiyasındakı rəsmilər Vaşinqtonun Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləməyəcəyini etiraf edirlər. Çünki onlar müvafiq təşəbbüslərin yeni seçilmiş prezident Donald Trampın komandası tərəfindən ləğv ediləcəyini çox gözəl anlayırlar.
Bu fikirlər AFP agentliyində dərc olunan məqalədəndir.
Adı açıqlanmayan Avropa İttifaqı (Aİ) diplomatının sözlərinə görə, Qərb ölkələrinin Ukraynanı NATO-ya dəvət etməsi ilə bağlı hər hansı qərar Trampın narazılığına səbəb olacaq.
"Reuters" nəşri də oxşar mövzuda məqalə dərc edib. Sayt öz mənbələrinə istinadən yazıb ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ümumi konsensusun əldə olunması aylarla vaxt aparacaq.