Tramp: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
“ƏGƏR BU MÜHARİBƏ DAVAM EDƏRSƏ...”

Rusiyanın Ukraynadakı ağır itkiləri onun Suriyaya marağını itirməsinə yol açıb.

 

Bu barədə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.

 

Siyasətçinin fikrincə, Suriya Prezidenti Bəşər Əsəd ölkədən qaçıb. Trampa görə, əvvəllər Əsədi dəstəkləyən Rusiya onun müdafiəsinə marağını itirib: “Prezident  Vladimir Putin tərəfindən idarə olunan Rusiya artıq Əsədi müdafiə etməkdə maraqlı deyil. Onların əvvəldən Suriyada olmağa heç bir səbəbi yox idi. İndi isə onlar Ukraynada müharibə səbəbindən maraqlarını tamamilə itiriblər, burada təxminən 600 min Rusiya əsgəri yaralanıb və ya həlak olub”.

 

Tramp həmçinin qeyd edib ki, Rusiya və İran zəifləmiş vəziyyətdədir. Onun sözlərinə görə, Rusiya Ukraynada müharibə səbəbindən, İran isə İsrailin döyüş əməliyyatlarındakı uğurları səbəbindən zəifləyib. Tramp iddia edir ki, 400 min əsgərini itirmiş Ukrayna danışıqlara hazırdır və münaqişənin dayandırılmasına can atır. 

 

Tramp dərhal atəşkəsə və danışıqların başlanmasına çağırıb: “Həddindən artıq çox həyat əbəs yerə itirilib, həddindən artıq çox ailə dağılıb. Əgər bu davam edərsə, nəticələr daha pis ola bilər”.

 

“Vladimiri yaxşı tanıyıram. İndi hərəkət zamanıdır. Çin də kömək edə bilər. Dünya gözləyir!”, – o vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.