Tbilisidəki iğtişaşların iştirakçıları əvvəlcədən hazırlıq keçiblər
RƏSMİ

"Tbilisi mitinqlərindəki iğtişaşların iştirakçıları əvvəlcədən hazırlıq keçib".

 

Bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib.

 

“Sadə təhlil açıq şəkildə göstərir ki, təhrikçilər və zorakılığın icraçıları cəzasızlıq hissi ilə hərəkət ediblər. Onlar buna kimliklərini müəyyənləşdirmək mümkün olmadığı üçün gediblər”, - Daraxvelidze vurğulayıb.

 

Böyük ehtimalla söhbət aksiya iştirakçılarını, jurnalistləri, partiya təmsilçilərini və adi vətəndaşları qəddarcasına döyüb müəmmalı şəkildə “yoxa çıxan” mülki geyimli maskalılardan gedir.

 

Amma deyəsən, hakimiyyət gec də olsa, buna qarşı necə mübarizə aparmağın yolunu tapıb. Ölkənin Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstanda insanların mitinqlərdə üzlərini maska və digər geyim əşyaları ilə örtmək qadağan ediləcək. Onun sözlərinə görə, Gürcüstan parlamenti bu hərəkəti qadağan edən qanun qəbul edəcək. Kobaxidze ümid edir ki, bu yolla aksiyalar zamanı zorakılığın qarşısını almaq mümkün olacaq...

 

Qeyd edək ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.