Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır.
Senzor.az bildirir ki, məlumatı Kremldəki mənbəyə istinadən TASS yayıb.
Mənbə qeyd edib ki, Rusiya Əsədə sığınacaq verib.
Qeyd olunub ki, Suriya silahlı müxalifətinin liderləri oradakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib...
Bu arada Rusiya həm də BMT Təhlükəsizlik Şurasından (TŞ) Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib. Məlumatı BMT-dən təsdiqləyiblər.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi barədə xəbərlər yayılıb.