"Taliban" Əsədin hakimiyyətdən getməsi ilə əlaqədar Suriya xalqını təbrik edib

Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatının rəhbərliyi Suriya xalqını və "Həyat Təhrir əş-Şam"ı (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) ölkədə baş verən hakimiyyət dəyişikliyi münasibətilə təbrik edib.

 

Təbrik mesajı Əfqanıstan Xarici İşlər Nazirliyinin "X" səhifəsində dərc edilib.

 

"Əfqanıstan Xarici İşlər Nazirliyi Suriya xalqını və "Həyat Təhrir əş-Şam"ı münaqişə və qeyri-sabitlik amilinin aradan qaldırılmasına səbəb olan son qələbələr münasibətilə təbrik edir", - deyə bəyanatda qeyd olunur.

 

Oxu.az xatırladır ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər.

 

Dünən səhər saatlarında isə silahlı qruplar Dəməşqə daxil olublar, Bəşər Əsədin ölkəni tərk edərək Moskvaya uçduğu məlum olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.