Cənubi Koreya parlamenti Prezidentin impiçmentini dəstəklədi
VİDEO

Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu parlamentin spikeri Vu Von Şik deyib.

 

Səsvermədə 300 deputatın hamısı iştirak edib və onlardan 204-ü impiçmenti dəstəkləyib, 85 nəfər prosesin əleyhinə çıxıb, üç nəfər bitərəf qalıb, səkkiz nəfərin səsi isə etibarsız sayılıb.

 

Bundan sonra Konstitusiya Məhkəməsi ya impiçmenti təsdiqləyəcək, ya da Yun Sok Yolun vəzifəsinə bərpa olunması barədə qərar qəbul edəcək. Bu proses altı ayadək vaxt apara bilər.

 

Yun Sok Yol isə öz növbəsində parlamentin hərbi vəziyyətin ləğvi tələbinə tabe olduğu üçün qanunları pozmadığını iddia edib.

 

Müxalifətin fikrincə, ölkədə hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas olmayıb. Konstitusiyaya görə, dövlət başçısının yalnız müharibə, hərbi münaqişə və ya milli miqyaslı fəlakət zamanı ictimai asayişi qorumaq üçün hərbi vəziyyət elan etmək hüququ var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.