Litva Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni sanksiyalar siyahısına daxil etdiyi üçün o bu ölkəyə buraxmayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə X-də Baltikyanı respublikanın XİN rəhbəri Kestutis Budris yazıb.
"Estoniya ilə razılaşdıraraq, gürcü siyasətçilərə qarşı sanksiya siyahısını daha 17 nəfəri, o cümlədən Baş nazir Kobaxidzeni də daxil etdik", - o bildirib.
Qeyd edək ki, bundan öncə Estoniya da Gürcüstan rəsmilərinə, o cümlədən Baş nazirə sanksiya tətbiq etmişdi.