Tramp Ukraynada bufer zonası yaratmaq istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada 40 min avropalı hərbçinin patrulluq edəcəyi bufer zonası yaratmaq istəyir.

 

“The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

 

“Bu həftə Donald Trampın köməkçiləri Ukrayna və Rusiya qoşunları arasında 40 min avropalı hərbçinin patrulluq edəcəyi bufer zonasının yaradılması planını müzakirə ediblər. Bu təklif müharibənin ilk günlərindən bəri Ukraynaya qoşun göndərməkdən imtina məsələsinin inam simvoluna çevrildiyi Berlin və Londonun qəzəbinə səbəb ola bilər”, - deyə məlumatda qeyd olunub.

 

Belə planın mümkünlüyünə şübhə edən ekspertlərin fikrincə, Donald Tramp bu yolla Ukraynada müharibənin sona çatdırılması üçün real şərtlər irəli sürmək əvəzinə “siyasi teatr” təşkil edir.

 

Bir müddət öncə, “Bloomberg” agentliyi Avropa rəsmilərinə istinadən xəbər vermişdi ki, Avropa İttifaqının hakimiyyət orqanları Ağ Evin gələcək rəhbərinin qələbəsi və Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin mümkün zəifləməsi səbəbindən müdafiəsiz qalacağından ehtiyatlanırlar. Eyni zamanda, onlar müdafiə xərclərini artırmaq üçün vəsaiti haradan tapacaqlarını bilmirlər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.