2024-cü ilin yanvarından dekabrınadək Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 315 milyon 345 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 453 milyon 560 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (156) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 127 milyon 515 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin 11 ayı ərzində Türkiyədə Azərbaycan kapitalı ilə 94 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.