Məhkəmədən Saakaşvili ilə bağlı gözlənilməz qərar

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin artıq digər maddələr üzrə cəza çəkməsinə baxmayaraq, sərhədi qanunsuz keçmə işi üzrə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

 

Bu barədə “İnterpressnyus” agentliyi məlumat yayıb.

 

Məlumata görə, dekabrın 24-də keçirilən iclasda Saakaşvilinin vəkili Beka Basilaya həbsin ləğvi barədə vəsatət qaldırıb.

 

Vəkilin sözlərinə görə, həbs kimi qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur, çünki məhkəmə tezliklə iş üzrə hökmü elan etməlidir və eks-prezident artıq həbsdədir.

 

Hakim Mixail Cincolia isə izah edib ki, Saakaşvilinin qaçması və ya yeni cinayət törətməsi təhlükəsi hələ də qalır, ona görə də həbsin ləğvi ilə bağlı vəsatətdən imtina edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.