Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi İranın Kiberməkan Ali Şurası ölkədə "WhatsApp" və "Google Play"in blokdan çıxarılmasına qərar verib.
Senzor.az bildirir ki, bu barədə İran KİV-I məlumat yayıb.
Məlumatda Ali Şura üzvlərinin "WhatsApp" və "Google Play"ə, eləcə də Google-dan oyunlar və kitablara giriş məhdudiyyətlərinin aradan qaldırılmasının leyhinə səs verdiyi bildirilib.