Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Rosaviasiya”nın rəsmisi Artyom Korenyako məlumat verib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün, dekabrın 25-də səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - Korenyako bildirib.
Onun sözlərinə görə, hava limanından təyyarələrin uçuşuna və enişinə icazə verilmir.
Hava limanından bildirilib ki, İstanbul, Almatı və Tomskdan Kazan hava limanına uçan reyslər Samaraya yönləndirilib.