“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının qərarına əsasən, dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, həyatını itirənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.