Təyyarə qəzası zamanı Qroznı hava məkanında "Kovyor" planı tətbiq edilib - “ROSAVİASİYA”nın RƏHBƏRİ

Aktaudakı təyyarə qəzası saatlarında Qroznı ətrafında vəziyyət mürəkkəb olub. Çünki Rusiya Federasiyası Ukrayna dronlarının aktivləşən hücumları ilə bağlı "Kovyor" planının həyata keçirilməsinə başlamışdı.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov deyib.

 

“Bundan başqa, hava limanında sıx duman müşahidə edilirdi. Hava gəmisinin komandiri təyyarəni endirməyə iki dəfə uğursuz cəhd edib. Ona digər hava limanlarında yerə enmək təklif edilsə də, o, Aktauya getməyə qərar verib”, - deyə Yadrov əlavə edib.

 

Qeyd edək ki, "Kovyor" planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və s.

 

Ən yaxın hava limanının dispetçeri hava gəmilərinə " Kovyor " əməliyyatının aktivləşdirilməsi barədə məlumat verir, hərbi tezliklərdə isə əmr hava hücumundan müdafiə üzrə növbətçi tərəfindən ötürülür.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.