Təyyarə qəzasına görə Çeçenistanda matəm elan olundu

AZAL-ın Bakı-Qroznı reysi üzrə hərəkət edən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması səbəbindən dekabrın 28-də Çeçenistanda matəm elan edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov sərəncam imzalayıb.

 

Bildirilib ki, qeyd olunan gün Rusiya və Çeçenistan bayraqları yarıya endiriləcək. Televiziya və radio şirkətlərinə, mədəniyyət qurumlarına əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunub.

 

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

 

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.