Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Rosaviasiya”nın nümayəndəsi Artyom Koreyanko məlumat verib.
Onun sözlərinə görə, hazırda hava limanında təyyarələrin uçuşu və qəbulu həyata keçirilmir.
Bildirilib ki, Tomsk, Surqut və Kemerovodan Kazan hava limanına uçan reyslər Nijnekamskdakı alternativ Beqişevo aerodromuna yönləndirilib.