Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 20 nəfərin əfv edilməsi haqqında növbəti fərman imzalayıb.
BelTA bildirir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əfv edilənlərdən 11-i qadındır. Onlardan birinin dörd uşağı var. Bundan əlavə, siyahıya xroniki xəstəlikləri olan məhkumlar da daxildir. Hamısı əfv üçün müraciət edib.
Məlumatda o da vurğulanıb ki, onların azadlığa çıxdıqdan sonrakı davranışlarına Daxili İşlər Nazirliyi nəzarət edəcək.