"Azərbaycan Hava Yolları" QSC (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərdən biri kimi tanınır.
Senzor.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində deyib.
"Xüsusilə, təcrübəli pilotların peşəkarlığı və sücaəti bu sahədə böyük əhəmiyyət kəsb edir. Onların çətin anlarda göstərdiyi qəhrəmanlıq Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb", - nazir bildirib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.