Cənubi Koreya tarixində ilk: PREZİDENTİN HƏBSİNƏ ORDER VERİLDİ
VİDEO

Cənubi Koreya məhkəməsi hərbi vəziyyət rejimindən sonra qiyama cəhddə şübhəli bilinən Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkədə hərbi rejim elanından sonra parlamentin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan və haqqında qiyama cəhd şübhəsi ilə istintaq başlayan Prezidentin ofisində də axtarış aparılmasına qərar verilib. İstintaq qrupu Prezidentin dəqiq nə vaxt saxlanılacağını bildirməsə də, order 1 həftə qüvvədə olur. Bu, Cənubi Koreya tarixində Prezident haqqında verilən ilk həbs orderidir.

 

Birgə istintaq qrupu Prezident Yun Sok Yolun həbsinə order almaq üçün dekabrın 30-da Seul məhkəməsinə müraciət edib. Qrup ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. İstintaq qrupunun məhkəməyə order üçün müraciət etməsindən bir neçə saat sonra Prezident istintaqa yazılı ifadəsini göndərib.

 

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.