Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.
O, Kiyev şəhərində anadan olub, orada da boya-başa çatıb.
Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.