Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir SORĞU

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.

 

Bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

 

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Sorğuda iştirak edənlərin yalnız 1%-i cavab verməkdə çətinlik çəkib.

 

Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.

 

Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq.

 

Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.