Gürcüstanda vətəndaşlar yanvarın 15-də yeni seçkilərin keçirilməsi və saxlanılan etirazçıların azad edilməsi üçün ümumi xəbərdarlıq aksiyası keçirməyə çağırılıb.
Senzor.az bildirir ki, planlaşdırılan tətil barədə məlumatı sosial şəbəkələrdə “Protest 24” resursu yayıb.
“3 saat qapını müvəqqəti bağlayacaq və çöldə qalacağıq. Tətilimizlə təcrid olunmuş vəziyyətdə bizi nələrin gözlədiyini göstərəcəyik: durğun vəziyyətə düşmüş iqtisadiyyat; qapalı biznes; yoxsulluq və işsizlik. Həm təhlükə, həm də həll yolu hamı üçün ümumidir - yeni seçkilər və məhbusların azad edilməsi. Buna görə də: harada işləməyinizdən asılı olmayaraq - istər biznes sahibi, istər menecer, istərsə də rəhbər və ya işçi - bizə qoşulun!” – məlumatda deyilir.