GAH KURSK, GAH DA CƏNUB HÜCUMU... BƏS SONRA?! - Ali Radanın deputatı Ukrayna hərbi rəhbərliyini sərt tənqid etdi
FOTO

Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya Ukrayna ordu rəhbərliyini Kursk vilayətində əks-hücum əməliyyatı keçirməsi ilə paralel şərqdə ərazilər itirməsinə görə kəskin tənqid edib.

 

Bu barədə o, Teleqram kanalında yazıb.

 

"Ruslar mineral ehtiyatlarımızı nəzarətə götürür, tərk edilmiş istehkamları ələ keçirir və gündə onlarla kilometr irəliləyirlər. Ancaq görünür, hərbi-siyasi prioritetlər Ukraynanın təbii sərvətlərinin Dnepr-Donetsk klasterinin qorunması deyil", - o bildirib.

 

Ukraynalı deputat generalları əhalinin sürətli eyforiyası və ümidləri üzərində parazitlik etməkdə ittiham edib:

 

"Gah 2023-cü ildə cənub hücumu, sonra 2024-cü ildə Kursk bölgəsi. İndi nə olacaq? İllüziyalar". 

Sonra o, Rusiya qüvvələrinin hücumunun davam edə biləcəyi şəhərləri sadalayıb:

 

"Pokrovsk, Kramatorsk, Dnepr, Zaporojye, Xerson, Xarkov. Buna tab gətirmək nə mənəvi, nə də fiziki cəhətdən mümkün deyil, bu, faciə və absurddur".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.