Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Senzor.az bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah Şahin Bağırovun 60 illik yubileyidir.