Paşinyan istefa verəcək? – KEÇMİŞ SİLAHDAŞI HAKİMİYYƏTİ ÖZ ƏLİNƏ ALMAĞA HAZIRDIR
FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib.

 

O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. 

Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var.

 

"Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var", - Ağazaryan təfərrüatları açıqlamadan vurğulayıb.

 

"Azadlıq Radiosu "xatırladır ki, Ağazaryan Paşinyanın qurduğu "Mülki müqavilə" Partiyasının ən yaşlı üzvlərindən biri və onun sadiq silahdaşı olub. Amma Paşinyanın “mandatı təhvil ver” tələbini yerinə yetirməkdən imtina etdiyinə görə komandadan xaric edilib.

 

Erkən seçki proqnozları fonunda Ağazaryan öz partiyasını yaradır və hakimiyyəti əlinə almağa hazırdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.