Pakistan məhkəməsi İmran Xana 14 il həbs cəzası verdi

Pakistan məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.

 

Reuters agentliyinin məlumatına görə, İmran Xanın həyat yoldaşı Büşra Bibiyə də eyni ittiham üzrə yeddi il həbs cəzası verilib. Eyni zamanda, onların hər birinə böyük məbləğdə cərimə yazılıb. Cərimənin ödənilməməsi əlavə olaraq altı ay həbslə nəticələnə bilər.

 

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı rüşvət qismində torpaq sahələri almaqda və “Al-Qadir Trust” xeyriyyə fondu vasitəsilə çirkli pulları yumaqda ittiham olunurlar.

 

İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentin etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.