Suriya Rusiya, İsrail və İrandan məhsul idxalına QADAĞA QOYDU

Suriya Rusiya, İran və İsraildən məhsul idxalını qadağan edib.

 

Bu barədə "Al Araby" telekanalı Suriya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bununla yanaşı, İran və İsrail vətəndaşlarının sərhəd-keçid məntəqələri, eləcə də limanlar vasitəsilə Suriyaya girişi  qadağan olunub.

 

Bildirilir ki, bu ölkələrdən gələn məhsullar müsadirə ediləcək.

 

Qeyd edək ki, Suriyanın yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasından ölkənin bərpası üçün kömək istəyib. Eyni müraciət BRICS üzv ölkələrinə də edilib.

 

Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini deviriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.