Bayden 85 il əvvəl dünyasını dəyişmiş insanı
ƏFV ETDİ

ABŞ Prezidenti Co Bayden Ağ Evi tərk etməzdən əvvəl mülki fəal Markus Qarvini ölümündən sonra əfv edib.

 

Bu barədə "Axios" məlumat yayıb.

 

Qeyd edək ki, Qarvi 85 il əvvəl vəfat edib, o, ABŞ-da qaradərililərin hüquqları uğrunda hərəkatı formalaşdıran ilk şəxslərdən olub.

  

Qarvinin əfv edilməsi, bəyanata görə, ABŞ-da onun qlobal təbliğatının və təsirinin təqdir edilməsi ilə bağlıdır. Baydenin qərarında həm də onun cinayətdə mühakimə olunmasının ədalətsiz olduğu vurğulanıb. 

Qarvi 1923-cü ildə poçt fırıldaqçılığına görə beş il müddətinə azadlıqdan məhrum edilib. O, 1940-cı ildə vəfat edib.

 

Senzor.az xatırladır ki, Bayden ümumilikdə 5 nəfəri, o cümlədən silah zorakılığına qarşı mübarizə üzrə hüquq müdafiəçisi Darryl Chambersi də əfv edib. O, 1998-ci ildə qeyri-zorakı narkotik cinayətinə görə 17 il həbs cəzası almışdı.

 

Əfv olunanlar arasında mühacir hüquqları üzrə müdafiəçi Ravidat Raqbir, eləcə də iki vəkil - Don Scott və Kemba Pradhia da yer alıb.

 

Bundan əlavə, Bayden 111 il həbs cəzası çəkən bir nəfərin və ömürlük həbs cəzasına məhkum edilmiş bir qadının cəzalarını yüngülləşdirib. Hər iki şəxs fevral ayında azadlığa çıxacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.