Türkiyədə müxalif “Zəfər” Partiyasının sədri Ümit Özdağ “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunur ki, Özdağın partiyasının iclasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərlə bağlı istintaq başlayıb.
O, istintaq çərçivəsində Ankarada saxlanılıb.
Özdağın hüquq-muhafizə əməkdaşları tərəfindən İstanbula gətirildiyi deyilir.