Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə işə getmək üçün metrodan istifadə edib.
Senzor.az bildirir ki, bu barədə o, Facebook sosial şəbəkə hesabında paylaşım edib.
"Velosiped sürmək üçün uyğun hava deyil, ona görə də işə getmək üçün metroya mindim", - deyə o, paylaşımda qeyd edib.
Paşinyan həm də ilk dəfə QR biletdən necə istifadə etdiyini və vətəndaşlarla ünsiyyətdə olduğunu göstərib. Bundan əvvəl baş nazir avtobusdan istifadə etdiyi ilə bağlı görüntüləri də paylaşmışdı. Onda bir sıra sosial şəbəkə istifadəçiləri dövlət başçısının ictimai nəqliyyata minməsini şou adlandırmışdı...
Baş naziri bu dəfə metroda görənlər isə bir növ çaş-baş qalıblar. Çünki bir müddət öncə erməni mediası Nikol Paşinyanın Davos İqtisadi Forumuna dəvət aldığı və orada iştirak edəcəyi barədə məlumat yaymışdı...