Müdafiə Nazirliyinin həbsdəki iki vəzifəli şəxsi azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov ev dustaqlığına buraxılıblar.

 

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

 

Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.

 

Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər.

 

Müdafiə Nazirliyinin sifarişi ilə şirkətlər tərəfindən bəzi tikinti işləri zamanı külli miqdarda vəsait mənimsənilib və israf olunub. Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəm və ya israf etmə) və 32.5, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə Şahin Əbülfəz oğlu Cəfərov zərərçəkmiş qismində tanınıb.

 

Xatırladaq ki, Rəhim Laçınov daha əvvəl Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin işinə şahid kimi cəlb edilib. O, sonuncu ifadəsində nazirliyin bütün təmir-bərpa işlərinin müqavilə bağlanan şirkətlər tərəfindən görüldüyünü bildirmişdi: “Tender elan edirdik. Hansı şirkət qalib gəlsə, lazım olan təmir işini də o görürdü. Şirkətlərlə müqavilə bağlayanda sənədləşmədə müfəttişlər iştirak edirdi. Şirkətlərə köçürülən puldan da müəyyən qədər “otkat” kimi geri qaytarılırdı”.

 

2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

 

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.