Tramp BRİKS ölkələrinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp BRİKS ölkələrinin qlobal ticarətdə ABŞ dollarına alternativ valyuta yaratmaq cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirib.

 

Tramp BRİKS-in belə bir addım atacağı təqdirdə həmin ölkələrə 100% idxal rüsumları tətbiq ediləcəyini bəyan edib.

 

“Truth Social” platformasında paylaşım edən Tramp bildirib ki, ABŞ bu ölkələrdən tələb edəcək ki, yeni BRİKS valyutası yaratmasınlar və ya dolları əvəz etmək üçün başqa valyutaya dəstək verməsinlər. Əks halda, onlar 100% tariflərə məruz qalacaq və ABŞ bazarında məhsul satmaq imkanlarını itirəcəklər.

 

Tramp vurğulayıb ki, BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışması ideyası artıq bitdi.

 

"Onlar gedib başqa əmici ölkə tapa bilərlər. BRİKS-in nə beynəlxalq ticarətdə, nə də başqa yerdə ABŞ dollarını əvəz etmə şansı yoxdur. Bunu etməyə cəhd edən istənilən ölkə “'Salam, tariflər və əlvida, Amerika” deməlidir", – deyə ABŞ Prezidenti vurğulayıb.(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.