"Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün 51-ci ştat kimi ABŞ-a birləşməlidir".
"Sky News" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan edib.
"Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur", - o yazıb.
Tramp qeyd edib ki, böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq.
"Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq", - ABŞ Prezidenti fikirlərini yekunlaşdırıb.