Gürcüstan öz nümayəndə heyətini AŞPA-dan geri çağırmaq qərarına gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Gürcüstan parlamentinin bürosunun iclasında açıqlanıb.
“Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıtmasını gözləyirik”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Qeyd olunur ki, artıq AŞPA prezidenti Teodor Russopulosa müvafiq sorğu ilə müraciət edilib.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul etdikdən sonra Gürcüstan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırmışdı.