“Arqument.az” saytının rəhbəri Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
"Report" xəbər verir ki, jurnalist qaçaqmalçılıqda ittiham olunur.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov faktı təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.