Qədim yəhudi təşkilatı Trampı məhkəməyə verdi
SƏBƏB?

Yəhudi humanitar təşkilatı HIAS bir neçə qrupla birlikdə Donald Trampın qaçqınların qəbulunu dayandıran sərəncamına görə məhkəməyə müraciət edib.

 

Bu barədə İsrailin rusdilli “Detali” nəşri məlumat yayıb.

 

Məlumata görə, iddia Beynəlxalq Qaçqınlara Yardım Layihəsi tərəfindən Sietl federal dairə məhkəməsində qaldırılıb. İddiaya HIAS-la birgə “Church World Service” və “Lutheran Community Services Northwest” kimi təşkilatlar da qoşulub. Onlar qaçqınların məskunlaşdırılmasını həmişəlik dayandıran və bununla bağlı maliyyələşməni donduran sərəncama etiraz edirlər. İddiada Trampın miqrasiya siyasətini və qaçqınların hüquqlarını tənzimləyən qanunları pozaraq səlahiyyətlərindən qanunsuz sui-istifadə etdiyi bildirilir.

 

Qeyd edək ki, HIAS 1881-ci ildə ABŞ-da Şərqi Avropada təqiblərdən qaçan yəhudi qaçqınlara kömək etmək üçün yaradılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.