Ermənistan parlamenti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlaması haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 63 deputat sənədin lehinə, 7 deputat isə əleyhinə səs verib.
Parlamentin müxalif "Hayestan" fraksiyası səsvermədə iştirak etməyəcəyini bəyan edib, deputatların sayı baxımından ikinci müxalif fraksiya olan "Şərəfim var" qanun layihəsinin əleyhinə səs verib.
Qeyd edək ki, qanun layihəsini ötən gün təşəbbüsün müəlliflərindən biri - keçmiş ədliyyə naziri, "Respublika" partiyası Siyasi Şurasının üzvü Artak Zeynalyan təqdim edib.