Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi... BAKI-TBİLİSİ-BAKI SƏRNİŞİN QATARININ HƏRƏKƏTİ BƏRPA OLUNUR?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

 

Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

 

Kobaxidze qeyd edib ki, onun Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Bakı marşrutu ilə sərnişin qatarlarının hərəkətinin bərpası məsələsi müzakirə edilib.

 

"Azərbaycana səfərim zamanı biz Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdik və ölkəmizə göstərdiyi diqqətə görə şəxsən ona təşəkkür etmək istərdim. Təbii ki, iki ölkə, dost ölkələr, Gürcüstan və Azərbaycan arasında yüksək mobilliyin olması prinsipial olaraq vacibdir, çünki bu həm Gürcüstan, həm də Azərbaycan üçün qarşılıqlı səmərəlidir", - Baş nazir bildirib.

 

Onun sözlərinə görə, mümkün qədər çox insanın Gürcüstandan Azərbaycana, Azərbaycandan isə Gürcüstana getməsi, o cümlədən insanlar arasında münasibətlərin, iki xalqı birləşdirən ənənəvi dostluğun daha da dərinləşməsi üçün çox vacibdir.

 

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.

 

Respublikanın Baş Naziri Əli Əsədovun imzaladığı sərəncama əsasən, Azərbaycanda COVID-19 ilə əlaqədar xüsusi karantin rejimi 1 aprel 2025-ci il saat 06:00-dək uzadılıb. Ehtimal etmək olar ki, həmin müddət başa çatandan sonra-2025-ci ilin aprelindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.