Fevralın 15-də axşam saatlarında Tbilisinin mərkəzində hökumət əleyhinə növbəti yürüş təşkil edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Avropa meydanında toplaşan mindən çox etirazçı Kür sahili ilə parlament binasının yaxınlığında yerləşən Azadlıq meydanına doğru irəliləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yürüş iştirakçılarının hərəkətinə müdaxilə etməyiblər.
Etirazçılar əvvəlki aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını və təkrar parlament seçkilərinin təyin olunmasını tələb ediblər.