Makronun fövqəladə Ukrayna sammiti: HANSI QƏRAR VERİLDİ?
VİDEO/FOTO


Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO-nun nümayəndələri arasında Parisdə təşkil olunan danışıqlar birgə bəyanat olmadan başa çatıb. Bununla da, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə çağırılan Ukrayna münaqişəsinə dair fövqəladə toplantı nəticəsiz qalıb.

 

BFMTV telekanalı xəbər verir ki, görüş Yelisey sarayında keçirilib.

 

Təxminən üç saat davam edən danışıqların nəticəsində heç bir ümumi bəyanat imzalanmayıb. Qeyd edilir ki, bu, iştirakçılar arasında Ukraynaya hərbi kontingent göndərilməsi ilə bağlı yaranan fikir ayrılıqları ilə əlaqədar ola bilər.

 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət etmişdi. Görüşdə Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə olunmalı idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.