Avropa İttifaqı Ukrayna üçün hərbi texnikanın satın alınmasına milyardlarla dollar məbləğində paket hazırlayır.
Bu barədə "Berliner Zeitung" məlumat paylaşıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok yardım paketinin həcmi barədə bəhs edərkən eyham vurub ki, məbləğ təqribən 700 milyard avro təşkil edə bilər.
"Biz əvvəl belə həcmdə olmayan böyük paket hazırlayacağıq. Hazırda Avropada avro və ya korona böhranına oxşar təhlükəsizlik üçün maliyyə paketi mövcuddur. Bu, yaxın zamanda baş verəcək" , - deyə o vurğulayıb.