Fransa və onun tərəfdaşları Ukraynanı dəstəkləyir və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün tam məsuliyyət daşıyacaqlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
"Mən indicə Avropa Birliyindən, eləcə də Kanadadan, İslandiyadan və Norveçdən olan bir neçə həmkarımla ətraflı söhbət etdim. Fransa və onun tərəfdaşlarının mövqeyi aydın və həmrəydir. Biz Ukraynada uzun və davamlı sülh istəyirik. Biz Ukraynanın yanındayıq və Avropada sülhün və təhlükəsizliyin təmin olunmasına görə bütün məsuliyyəti öz üzərimizə götürəcəyik”, - Makron qeyd edib.