Prezident Zelenski və onun ölkəsi ABŞ-ın səxavəti olmadan mövcud olmazdı.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Əgər Ukrayna lideri Trampla razı deyilsə, qoy, telefonu götürüb ona və ya bizim istedadlı diplomatlarımıza zəng etsin, ABŞ Prezidentini Avropanın KİV-lərində tənqid edərək “mətbuat turu” təşkil etməsin", - Vens məsləhət görüb.